Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişəcək - CƏDVƏL

Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə əlaqədar iyunun 11-dən 25-nə qədər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında deyilir. Məlumata görə, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-15-də yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-da, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq. "Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.Report

DİGƏR XƏBƏRLƏR

Top