Ermənistanda böyük həcmdə narkotika alverinin üstü açılıb

Yerevan İstintaq İdarəsi cinayətkar qruplaşma tərəfindən böyük həcmdə narkotika ticarətinin üstünü açıb. "Yeniavaz.com"un arminfo.am-a istinadən verdiyi məlumata görə, narkotik vasitələr ABŞ-dan gətirilib. Bununla bağlı Yerevan İstintaq İdarəsinin yaydığı rəsmi məlumatda deyilir: "Əldə etdiyimiz məlumata görə, ABŞ-da yaşayan erməniəsilli şəxs Ermənistan sakini olan uşaqlıq dostu və onun tanışları ilə əlaqəyə girərək böyük həcmdə narkotikanı satmaq niyyətində olub. Bu məqsədlə o, ABŞ-da qeyri-qanuni yolla narkotik tərkibli Metamfetamin əldə edərək ölkəmizə göndərib. Ölkəmizdəki şəxs isə ona göndərilən narkotikanı cinayətkar qrupun digər üzvlərinə çatdırmaq istəyərkən həbs edilib. Hazırda bu prosesdə iştrak edən və həm ABŞ-da, həm də Ermənistanda yaşayan cinayətkar qrupun digər üzvlərinin də aşkar edilərək həbs edilməsi istiqamətində işlər davam etdirilir."

DİGƏR XƏBƏRLƏR

Top