Ronaldoya fantastik təklif- 200 milyon avro

Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo karyerasını Çində davam etdirə bilər. AS nəşrinin məlumatına görə, portuqaliyalı superulduz fantastik təklif alıb. Belə ki, Çin klublarından birinin bu transfer üçün 200 milyon avro ayırdığı vurğulanıb. 32 yaşlı forvardın özünə isə illik 120 milyon avro maaş təklif edilib. Transfer məsələsində israrlı olan çinlilər gələn həftə Madridə yollanaraq, “Real”ın prezidenti Florentino Pereslə görüşəcək və onu razı salmağa çalışacaqlar. Əgər keçid baş tutarsa, Ronaldo həm ən bahalı, həm də ən çox maaş alan futbolçu olacaq. Qeyd edək ki, “Real” Kriştianu Ronaldonu 2009-cu ildə “Mançester Yunayted”dən 94 milyon avroya alıb.Apasport

DİGƏR XƏBƏRLƏR

Top