Kataloniya müstəqil olmaq üçün referendum keçirəcək

İspaniyanın Kataloniya bölgəsinin müstəqilliyi haqqında referendum 2017-ci il oktyabrın 1-də keçiriləcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Kataloniya Muxtar Bölgəsinin başçısı Karles Puçdemon deyib. O bildirib ki, plebisistə aşağıdakı sual çıxarılacaq: “Kataloniyanın respublika idarəetmə forması ilə müstəqil dövlət olmasını istəyirsinizmi? Tərəfimizdən İspaniya hökumətinə plebisisti razılaşdırmağa dair təkliflər verilib, lakin onların hamısı geri çevirilib”. Xatırladaq ki, Kataloniya Pireney krallığının şimal-şərqindəki muxtar birlikdir.

DİGƏR XƏBƏRLƏR

Top