Ermənistanın AB ilə anlaşma imzalayacağı şübhə altındadır

Ermənistanla Avropa Birliyi (AB) arasında Şərq tərəfdaşlığı proqramı çərçivəsində assosiativ əməkdaşlıq barədə anlaşma imzalanması baş tutmaya da bilər. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bu barədə Birinci kanala açıqlamasında politoloq Stepan Səfəryan deyib: "2013-ci ildə Ermənistan AB ilə assosiativ əməkdaşlıq barədə anlaşma imzalamağa çox yaxın idi. Lakin son məqamda Ermənistan geri addım ataraq Avrasiya iqtisadi birliyinə üzv olmağa üstünlük verdi. O vaxt biz indikindən daha yaxşı vəziyyətdə idik. 2013-cü illə müqayisədə hazırda Ermənistanda ictimai-siyasi atmosfer daha da pisləşib. Hər halda mən ümid etmək istəyirəm ki, bu ilin noyabr ayında nəhayət AB ilə assosiativ əməkdaşlıq barədə saziş imzalanacaq. Bununla belə bu məsələdə xoşagəlməz variantın gündəmə gələ bilməsi təhlükəsinə də indidən özümüzü hazırlamalıyıq".

Səfəryan indiki halda Ermənistanın ali dairələrində vəziyyəti konkret olaraq dəyərləndirməyi bacaran və ictimaiyyəti, o cümlədən siyasi elitanı öz arxasınca apara biləcək liderin olmadığını da vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top