
2017-ci il may ayının sonuna olan məlumata görə, Ermənistanın ümumi dövlət borcu 6 milyard 95 milyon dollar olub. "Yeniavaz.com"un “1in.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Statistika İdarəsinin açıqlamasında deyilir. Aprel ayında isə Ermənistanın dövlət borcu 6 milyard 38,7 milyon dollar təşkil edib. Beləliklə, bir ay ərzində Ermənistanın dövlət borcu 56,3 milyon dollar artıb. Ermənistanın sırf xarici borcu 4 milyard 373,5 milyon dollardır və burada da artım nəzərə çarpır. Belə ki, son bir ay ərzində Ermənistanın xarici borcu 42,9 milyon dollar artıb. Ermənistanın xarici borcunun 550,9 milyon dolları Mərkəzi bankın payına düşür. Ermənistanın daxili borcu isə 1 milyard 170,6 milyon dollardır. Daxili borcun 1 milyard 40,3 milyon dollarını dövlət istiqrazları təşkil edir. 123,3 milyon dollar dəyərində istiqraz isə xarici valyuta ilə götürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz