Messi dördulduzlu otel alıb

İspaniyanın "Barselona” klubunun və Argentina yığmasının futbolçusu Lionel Messi Kataloniya paytaxtından 40 kilometr aralıda yerləşən Sitjes bələdiyyəsində dördulduzlu otel alıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, dənizin yaxınlığında yerləşən mehmanxananın qiyməti təxminən 30 milyon avrodur. 2013-ci ildə inşa edilmiş binada 7 nömrə var. Mövsümdən asılı olaraq oteldə bir gecə qalmağın qiyməti 250-300 avro təşkil edir. Burada bar, hovuz və spa-mərkəz mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top