Britaniya vətəndaşını soyan qaraçı dəstəsinə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və soyğunçuluqda təqsirləndirilən Ərşad Mahmudov, Sərxan Əsədullayev, Nail Bəkirov, Söhbət Bəkirov və Amin Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Ə.Mahmudov 6 il, S.Əsədullayev 5 il 6 ay, N.Bəkirov və S.Bəkirovun hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Amin Bəkirova isə 3 illik həbs cəzası verilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən ilin yayında Bakıda Böyük Britanıya vətəndaşına qarşı soyğunçuluq edərək, onun qızıl boyunbağını əlindən alıblar. Onlar eyni zamanda Yevlax şəhərində üç ərzaq dükanından oğurluq etməkdə ittiham olunurlar. virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top