Əsəd rejimi YPG-ni bombaladı

Suriya hökumət qoşunları əsasını PKK terror təşkilatınının qanadı olan YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) havadan zərbələr endirib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Raqqanın qərbindəki Tabka bölgəsini bombardmana məruz qoyuan Suriya döyüş təyyarələri YPG silahlılarının mövqelərini də atəşə tutub.

Qeyd edək ki, ABŞ-ın dəstəyi ilə SDQ Raqqanı İŞİD terror təşkilatından azad etmək üçün bir neçə gündür əməliyyata başlayıb. Bir neçə gün əvvəl ABŞ hərbi təyyarələri Əl-Tanfda rejimə loyal olan milisləri havadan bombalamışdı. Rejimin bu hücumun əvəzini çıxdığı təxmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top