Ramil Şeydayev "Trabzonspor" klubundan ayrıla bilər

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev çıxış etdiyi Türkiyənin "Trabzonspor" klubundan ayrıla bilər. Hücumçunun icarə əsasında başqa komandaya göndərilməsi gündəmdədir. Türkiyə mətbuatı Şeydayevlə yanaşı, Muhammet Demir, Luis İbanes, Suk və Dame NDoyenin də qışda heyətdən kənarlaşdırılacağını yazıb. Üstəlik, R.Şeydayevin karyerasını Azərbaycanda davam etdirməsinin, daha dəqiqi, "Neftçi"yə keçmə ehtimalının olduğu bildirilir. Bu arada R.Şeydayevin vaxtilə çıxış etdiyi Rusiyanın "Zenit" klubunun uşaq futbol məktəbinin məşqçisi Boris Rapoport da futbolçunun Azərbaycan yığmasını seçməklə, səhv qərar qəbul etdiyini və "Trabzonspor"a pul dalınca yollandığını iddia edib. Öz növbəsində Azərbaycan millisinin 19 yaşlı üzvü "Report"a açıqlamasında özü ilə bağlı yayılan iddialara heç bir münasibət bilrdimək istəmədiyini deyib: "Hələlik heç nə məlum deyil. Bu səbəbdən, nə isə deyə bilmərəm". Gənc hücumçu "Zenit"dəki məşqçisinin dediklərinə isə belə reaksiya verib: "Hər kəsin öz fikri var. Mən belə düşünmürəm". Qeyd edək ki, FİFA Ramil Şeydayevin Azərbaycan yığmasında oynamasına avqustun 5-də razılıq verib.

DİGƏR XƏBƏRLƏR

Top