
Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokrartik Respublikasına (KXDR) qarşı sanksiya siyahısını genişləndirib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının kommünikesində deyilir. Bildirilir ki, Aİ Şurası 14 nəfəri və 4 hüquqi şəxsi siyahıya daxil edib. BMT Təhlükəsizlik Şurasının 2 iyun 2017-ci il tarixli qətnaməsində bu şəxslərin aktivlərinin dondurulması və hərəkətlərinə məhdudiyyət qoyulması yer alıb. Kommünikedə qeyd edilir ki, bununla da Şimali Koreyaya qarşı sanksiya siyahısında BMT-nin qətnamələrində göstərilmiş 53 fiziki və 46 hüquqi şəxs var. Digər tərəfdən, Aİ birtərəfli qaydada siyahıya 41 şəxsi və 7 hüquqi şəxsi daxil edib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası iyunun 2-də davam edən raket buraxılışları ilə əlaqədar KXDR-ə qarşı sanksiya siyahısını genişləndirən qətnaməni yekdilliklə qəbul edib. Siyahıya bir neçə fərdi şəxs və 4 hüquqi şəxs düşüb: raket qoşunları, ticarət firmaları və bank.
Tətbiqimizi yükləyə bilərsiniz