Yəməndə vəba 800-ə yaxın insanın həyatın son qoyub

Yəməndə vəba epidemiyası nəticəsində azı 798 nəfər ölüb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarıq Yazareviç deyib. Onun sözlərinə görə, bu günədək Yəmənin 19 vilayətində vəba xəstəlyinə yoluxma şübhəsi üzrə 101 820 hal qeydə alınıb. Xatırladaq ki, apreldə Cenevredə Yəmən üzrə keçirilmiş beynəlxalq donor konfransında təxminən 20 dövlət ölkə sakinlərinə 1,1 milyard dollar yardım ayırmaq vədi verib. Ən çox məbləği – 170 milyon dollardan çox – Böyük Britaniya ayırmağı üzərinə götürüb. Hazırda Yəməndə 2014-cü ilin avqustundan bəri hökumət qüvvələri və qiyamçı husilər arasında münaqişə davam edir.

DİGƏR XƏBƏRLƏR

Top