İspaniya-Kolumbiya oyununda iki maraqlı nəticə qeydə alınıb

“Monako” klubunun hücumçusu Radamel Falkao Kolumbiya yığmasının tarixində ən yaxşı bombardir oldu. “Yeniavaz.com”un “Sports.ru” saytına görə, forvard İspaniya ilə səfərdə yoldaşlıq oyununda qol vurmaqla bu adı qazanıb. Belə ki, 31 yaşlı R.Falkao 2:2 hesabı ilə başa çatan matçda millinin heyətində 26-cı dəfə fərqlənib. Bununla da o, 25 qol vurmuş Arnold İquaranı üstələyərək ən yaxşı bombardir ünvanına sahib çıxıb.

İspaniya-Kolumbiya oyununda daha bir maraqlı fakt qeydə alınıb. Belə ki, Mursiyada keçirilmiş yoldaşlıq oyununda İspaniya yığması son 11 ildə ilk dəfə olaraq ev oyununda qapısından 1-dən çox top buraxıb. Sonuncu dəfə İspaniya 1 mart 2006-cı il tarixində evdə Kot-d′İvuardan iki top buraxıb (3:2).

DİGƏR XƏBƏRLƏR

Top