Bakıda sürücü avtobusun yolunu kəsdi-VİDEO

Bakı Nəqliyyat Agentliyi dayanacaqda avtobusa yol verməyən sürücünün görüntülərini yayımlayıb. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev yayımlanan videogörüntü ilə bağlı "Yeniavaz.com"a bildirib ki, "BakuBus"a məxsus 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı, Hunday Sonata ) avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidir. Eyni zamanda həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməliində israr edir. Yalnız sərnişinlərin müdaxiləsindən sonara o öz qanunsuz əməlindən çəkinir. Bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir. O, həmçinin bildirib ki, bununla bağlı Baş DYP İdarəsinə müraciət olunub.

Avtobus yol

DİGƏR XƏBƏRLƏR

Top