“Nardaran işi” geri qaytarıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin vəkilləri vəsatət veriblər.

Onlar birinci instansiya məhkəməsində hökm oxunduqdan sonra məhkəmə iclaslarının protokolları ilə tanış olmadıqlarını bildiriblər və protokola qeyd vermək istədiklərini vurğulayıblar.

Hakim onların vəsatətini təmin edərək işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Taleh Bağırov 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev 14 il 6 ay, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə 14 il 6 ay, Şamil Abduləliyev14 il 6 ay, Aqil İsmayılov 14 il 6 ay, Ramin Yariyev 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top