İrandakı terror olayları Ermənistana da təsirsiz ötüşməyəcək

Ötən gün terrorçuların İran parlamentinə hücum edərək 13 nəfəri öldürməsi və 40 nəfəri yaralaması bölgəyə qonşu olan Ermənistana da öz təsirini göstərəcək. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında Yaxın Şərq İnstitutunun rəhbəri politoloq Yevgeni Satanovski deyib. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən terror hadisələrindən heç bir ölkə, o cümlədən, Türkiyə, İran və Ermənistan da sığortalanmayıblar: "Bölgədə son illərdə İrana qarşı mütəmadi olaraq təzyiqlər var. Səudiyyə Ərəbistanı da daxil olmaqla Qərb ölkələri İrandakı terrorçu qruplaşmaları və hökumət əleyhidarı digər qurumları maliyyələşdirirlər. Təbii ki, bu, İranla sıx əlaqələri olan ölkələrə də təsirsiz ötüşməyəcək".

Yevgeni Satanovski bu müstəvidə bölgədə baş verənlərin Ermənistandan yan keçməyəcəyini bildirib: "Regiondakı terror olayları Ermənistana da sıçraya bilər. Bütün hallarda regionda baş verənlər, o cümlədən Türkiyə və İran qarşıdırması Ermənistana təsirsiz ötüşməyəcək. Çünki Ermənistan hazırda bölgədə İranın əsas tərəfdaşlarından biri hesab edilir".

DİGƏR XƏBƏRLƏR

Top