İspaniyanın “Barselona” klubu ilə Lionel Messi arasında bağlanılacaq yeni müqavilədə argentinalı futbolçunun transfer qiyməti 400 milyon avro göstəriləcək. Bu barədə ESPN telekanalı məlumat yayıb. Yeni sövdələşmənin müddəti 2021-ci ilədək nəzərdə tutulub. 30 yaşlı hücumçunun qazancı 120 milyon avro olacaq.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 16 oktyabr 2004-cü ildə debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.Report