İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlanıb

İstanbul Vilayəti Mədəniyyət və Turizm İdarəsi bu ilin 4 ayında şəhərə gələn əcnəbi turistlərin sayını açıqlayıb. “Yeniavaz.com”un “Habertürk” telekanalına istinadən verdiyi məlumata görə, bəzi ölkələrdən gələn turistlərin sayında böyük artım olsa da, bəzilərində kəskin azalmalar var. Statistikaya əsasən, ilin ilk 4 ayında Azərbaycandan İstanbul şəhərinə gedən turistlərin sayı 59 077 nəfər təşkil edib. Bu göstərici ilə Azərbaycanın siyahının 12-cisidir. Hərçənd, ötən ilin analoji dövründə bu rəqəm 55 231 nəfər olub. Bununla da azərbaycanlı turistlərin sayında illik 7 faiz artım müşahidə edilib. Siyahının birincisi isə Almaniyadır. İstanbul ilk 4 ayda 245 987 alman turist qəbul edib. Bu rəqəm ötən ilin eyni dövründə 287 237 nəfər təşkil edib. Nəticədə illik müqayisədə 14,4 faiz azalma qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top