DİM Gəncədə maarifləndirici tədbir keçirib

Dövlət İmtahan Mərkəzi Gəncədə maarifləndirici tədbir keçirib.

“Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, DİM-in şura sədri Məleykə Abbaszadə, Mərkəzin sədr müavini Bəhram Xəlilov, şöbə müdiri Vüqar Əsgərov və məsləhətçi Pərviz Kazımov iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva qonaqları 2017-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı olan Gəncə şəhərində w salamlamaqdan məmnun olduğunu bildirib. Sevda Qurbanəliyeva günü-gündən gözəlləşən Gəncənin son illərdə istər təhsil, istərsə də digər sahələrdə yerli əhəmiyyətli tədbirlərlə yanaşı beynəlxalq əhəmiyyətli tədbirlərə də ev sahibliyi etdiyini diqqətə çatdırıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışında dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq mərkəz tərəfindən həyata keçirildiyini bildirib. Qeyd edib ki, mərkəzin üzərinə düşən vəzifələrdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.

Mərkəzin sədr müavini Bəhram Xəlilov sözügedən modelin artıq beynəlxalq səviyyədə tanındığını, Avropa və Asiya məkanında çox böyük maraqla qarşılandığını və bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumların dövlət qulluğuna qəbul sahəsində Azərbaycan təcrübəsini öyrənmək, öz ölkələrində tətbiq etmək məqəsdi ilə ölkəmizdə olduqlarını diqqətə çatdırıb.

Tədbirdə “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edən Vüqar Əsgərov iştirakçılara Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslananu sistemə uyğun qurulduğu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı mərkəzin funksiyaları barədə məlumat verib. Mərkəzin məsləhətçisi Pərviz Kazımov “Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” təlim xarakterli təqdimatında gənclərin duyğusal inkişafı, həyatın planlaşdırılması, motivasiya haqqında bəzi praktiki xarakterli məsləhətlər verib. Təqdimatda peşə seçimində fərdin arzuları, dəyərləri və motivasiyanın rolunun önəmi vurğulanıb. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və iştirakçılara “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?" mövzusunda bukletlər təqdim olunub.

Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top