Tramp FTB-nin direktoru vəzifəsinə Reyi gətirmək istəyir

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) direktoru vəzifəsinə tövsiyyə edəcəyi şəxsin adını açıqlayıb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə D. Tramp “Twitter” səhifəsində yazıb. O bildirib: “Mən FTB-nin direktoru vəzifəsinə Kristofer Reyin namizədliyini irəli sürəcəyəm. Onun qüsursuz nüfuzu var”.

ABŞ qanunvericiliyinə əsasən, K. Reyin namizədliyi Konqresin Senatı tərəfindən təsdiq edilməlidir. K. Rey daha əvvəl ABŞ baş prokurorunun köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, D.Tramp FTB-nin keçmiş direktoru Ceyms Komini mayın 9-da istefaya göndərib.

DİGƏR XƏBƏRLƏR

Top