Ukrayna Müdafiə naziri Stepan Poltorakın Gürüstana səfəri iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsinə yeni imkanlar açıb. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan müdafiə nazirliyi mətbuat xidmətinin məlumatında vurğulanıb: "Gürcüstan və Ukrayna müdafiə nazirləri Tbilisidə iki ölkə arasında hərbi əməkdaşlığın ən yüksək səviyyyədə inkişaf etdirilməsi barədə razılığa gəliblər. Bundan əlavə tərəflər arasında birgə Gürcüstan-Ukrayna hərbi təlimlərinin keçirilməsi barədə müzakirə aparılıb. Qeyd edilib ki, birgə hərbi təlimlər Ukrayna və Gürcüstanın hərbi inteqrasiyasına yol açaraq hər iki dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsində önəmli rol oynaya bilər. Tərəflər birgə hərbi təlimlərin keçirilməsinin vaxtı barədə gələcəkdə razılığa gələcəklər".
Qeyd edək ki, Ukrayna müdafiə naziri Rusiya ilə döyüşlərdə yaralanan və hazırda Tbilisidəki reabilitasiya mərkəzində müalicə olunan 15 ukraynalı hərbçiyə orden və medallar, o cümlədən pul mükafatı təqdim edib.