Qətərlə əlaqələrini kəsən ölkələrin sayı 10-a çatdı

Komor Adaları İttifaqı Qətərlə diplomatik əlaqələrin kəsildiyini bəyan edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bəyanatı ölkənin Xarici İşlər Nazirliyi verib. Bəyanat Qətərin Komor adalarının payatxtı Moronidəki səfirliyinə göndərilib. Qərar bu gündən qüvvəyə minir.

Qeyd edək ki, indiyədək Qətərlə diplomatik münasibəti kəsən ölkələr Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya müvəqqəti hökuməti, Maldiv adaları, Mavriki və Mavritaniyadır. Onlar rəsmi Dohanı terrorçuluq və ekstremizm ideologiyasını dəstəkləməkdə ittiham edirlər.

DİGƏR XƏBƏRLƏR

Top