"Həmsədrlərin əsas vəzifəsi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır"

ATƏT Minsk Qrupu həmsədrlərinin iyun ayının 10-da münaqişə bölgəsinə gözlənilən səfərindən məqsəd vəziyyətlə yerindəcə tanış olmaqdır. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bu barədə Armenpress-ə açıqlamasında ATƏT MQ-nın rusiyalı həmsədri İqor Popov deyib: "Əvvəllər əldə edilən razılığa əsasən fransalı və amerikalı həmkarlarımla, həmçinin səfir Kasprşiklə iyunun 10-da Emənistanda olacağıq. Biz burada prezident Serj Sarkisyan və xarici işlər naziri Nalbandyanla görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyik. Ertəsi gün isə Dağlıq Qarabağa səfər etməyi planlaşdırmışıq. Həftənin sonunda isə Bakıya gedəcəyik. Həmişə olduğu kimi bu dəfə də səfərin yekunları ilə bağlı müvafiq bəyanat verəcəyik".

Atəşkəsin pozulması ilə bağlı may ayında olduğu kimi yenə də ATƏT konkret olaraq günahkarın kim olduğunu bildirən bəyanat verəcəkmi? sulaına isə Popov belə cavab verib: "Bizim son bəyanatımızda atəşkəsin pozulmasına görə günahkar tərəf qınanıb və biz tərəflərə gərginliyin azalmasına xidmət edən tədbirlər həyata keçirməyi tövsiyə etmişik. Həmsədrlərin əsas vəzifəsi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır. Bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top