İşğalçı qüvvələr 4 nəfər Gürcüstan vətəndaşını oğurlayıblar

Gürcüstan-Cənubi Osetiya qoşunların təmas xəttində yeni insident baş verib. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, Duşeti rayonunun Qremisxevi kəndində işğlaçı rus əsgərləri kənd sakinləri Nukri Tvaurini, Akaki Papukaşvilini, Zaur Qiqaurini və Zurab Qedevanişvilini oğurlayaraq Sxinvaliyə aparıblar. Onlar Sxinvalidəki polis təcridxanasında saxlanırlar. Öz növbəsində Gürcüstan Dövlət Xidməti Təhlükəsizliyi 4 nəfər yerli sakinin oğurlanması faktını təsdiq edib. Dövlət Xidməti Təhlükəsizliyinin rəsmisi Kaxa Kemoklidze mətbuata açıqlamasında bildirib ki, hazırda 4 nəfər Gürcüstan vətəndaşının oğurlanması ilə bağlı məsələ araşdırılır. Qeyd edək ki, son bir ay ərzində işğalçı qüvvələr sərhədyanı ərazidə 17 nəfər Gürcüstan vətəndaşını oğurlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top