İranda törədilmiş silsilə terror aktları nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, insidentlər nəticəsində daha 39 nəfər xəsarət alıb. Xatırladaq ki, Tehrandakı Parlament kompleksinin ərazisinə 4 silahl şəxs daxil olaraq atəş açmağa başlayıb. Terrorçular analoji addımı imam Xomeyninin mavzoleyində atıblar. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.