Büdcədən dövlət şirkətlərinə iri həcmdə maliyyə dəstəyi göstərilib

"Dövlət büdcəsi vasitəsilə müxtəlif dövlət müəssisə və şirkətlərinə iri həcmdə maliyyə dəstəyi göstərilib". "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertlərinin 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı Rəydə yer alıb. İctimai Birliyin ekspertləri belə hesab edirlər ki, bu dəstək yalnız adıçəkilən təsərrüfat subyektlərinin investisiya layihələrinə dövlət büdcəsindən vəsait ayrılması ilə məhdudlaşmayıb. Eyni zamanda, dövlət büdcəsinin Ehtiyat Fondu çərçivəsində bir sıra dövlət şirkətlərinin kapitalizasiyasının artırılmasına, həmçinin birbaşa və Təminat Fondu vasitəsilə həmin şirkətlərin daxili və borclarının qaytarılmasına maliyyə yardımı göstərilib. Məsələn, elektrik enerjisi sektoruna investisiya xərcləri çərçivəsində 45.5 mln. manat ayrılmaqla yanaşı, “Azərenerji” ASC-yə və “Azərenerji” ASC-yə daxili və xarici borcların qaytarılması üçün Təminat Fondu vasitəsilə 412.1 mln. manat, bu 2 müəssisənin maliyyə saxlamlaşdırılması (kapitalizasiyanın artırılması yolu ilə) birbaşa dövlət büdcəsindən 776 mln. manat vəsait ayrılmlışdır. Göründüyü kimi, dövlət büdcəsi daxilində 3 müxtəlif xərc kanalı ilə elektrik enerjisi sektorunda fəaliyyət göstərən 2 dövlət şirkətinə 1233.6 mln. manat vəsait yönəldilib ki, bu ümumi büdcə xərclərinin 6.9%-ni təşkil edir.

Öz növbəsində, Neft Emalı Zavodunun və “Azərkimya” İB-də modernləşdrimə tədbirlərinin maliyyələşdirilməsi üçün Dövlət Neft Şirkətinə 168 mln. manat kapital dəstəyi göstərilb, Beynəlxalq Banka kapitalının artırılması üçün 564 mln. manat ayrılıb, əlavə olaraq, illik büdcə xərclərindən Təminat Fondu vasitəsilə 20-dək müxtəlif dövlət qurumunun daxili və xarici borcunun qarşılanmasına 400 mln. manata yaxın vəsait ödənmişdir.

DİGƏR XƏBƏRLƏR

Top