İran Qətərə hava məkanından uçuşlar təşkil etməyə icazə verib

İranın Mülki Aviasiya Təşkilatı Qətərin "Qatar Airways" aviaşirkətinə ölkənin hava məkanında uçuşlar həyata keçirməyə icazə verib. İranın "Mehr" xəbər agentliyi məlumat verir ki, Mülki Aviasiya Təşkilatından təhlükəsiz beynəlxalq uçuşların qrafikə uyğun şəkildə təşkili üçün regionda bütün lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, iyunun 5-də Qətərin miili avaişirkəti - "Qatar Airways" şirkəti Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirə bütün uçuşları dayandırıb.Report

DİGƏR XƏBƏRLƏR

Top