Münaqişə bölgəsində monitorinqlər gərginliyi zəiflətməyə xidmət edir

Ancey Kasprşik daim münaqişədə olan tərəflər arasında qarşılıqlı inam yaranması üçün yollar axtarır. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Helen Spitserin mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kasprşik münaqişədə olan tərəflərlə birgə monitorinq keçiriləcək ərazini müəyyən edir. Monitorinq hərbi ekspertlərin iştirakı ilə keçirilir. Əgər monitorinq uğurla başa çatırsa bu barədə dərhal məlumat verilir. Monitorinqlərin mütəmadi olaraq keçirilməsi tərəflər arasında qarşılıqlı inamın artmasına müəyyən qədər təsir göstərir".

Məlumatda o da qeyd edilir ki, münaqişə bölgəsində müşahidəçilərin sayının artırılması bölgədə atəşkəsin tez-tez pozulmasında günahkar tərəfin ortaya çıxarılmasına imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top