
Qubada Prezident Yanında Gənclər Fondunun VIII qrant layihəsinin qalibi olmuş "Sağlam təbiət, Sağlam cəmiyyət" adlı layihə üzrə Qubada seminar keçirilib.Quba “İstək” liseyinin akt zalında keçirilən seminar 2 hissədən ibarət olub. Birinci hissəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının tələbələri, 2 ci hissəsində isə “İstək” liseyinin şagirdləri iştirak ediblər. Burada vurğulanan fikirlər, dünyada qlobal problemlər, eləcədə Azərbaycandakı problemlər tullantıların və kağızların yenidən emalı prosesinin əhəmiyyəti və bu prosesin gedişatı haqqında olub. Tələbələr və şagirdlər yenidən emal zavodlarının Azərbaycandakı inkişafı ilə tanış olublar. Seminar zamanı iştirakçılara sertifikat təqdim olunub və onlarla xatirə fotosu çəkilib.
Qeyd edək ki, seminarın məsul şəxslərilayihənin rəhbəri Əsədzadə Solmaz, icraçı Ozal Süleymanov, təlimçi isə “Azərsun” yenidən emal zavodunun direktoru Əli Məmmədov olub.
Tətbiqimizi yükləyə bilərsiniz