Mozambik polisi ölkə sakinlərini keçəl insanların ayin mərasimi ilə öldürülməsi barədə xəbərdarlıq edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölkənin mərkəzi hissəsində, Malavi ilə sərhədin yaxınlığında iki keçəl kişinin qalıqları tapılıb. Qurbanların başları qopardılıb və daxili orqanları götürülüb. Müstəntiqlər hesab edirlər ki, onları cadugərlik ayinləri üçün istifadə ediblər, çünki yerli sakinlər bütün keçəl insanların zənginliyi barədə inanca inanırlar.
Qeyd edək ki, bu region albinosların təqib edilməsi və öldürülməsinə görə də tanınır. Afrikanın bəzi qəbilələri hesab edirlər ki, piqmentasiyası pozulmuş insanların bədən üzvləri sehrli gücə malikdir. BMT-nin məlumatına görə, 100-dən çox adam mövhümatın qurbanı olub.