İran Avropa ölkələrinə neft ixracını artırıb

Tehrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra İrandan Avropa ölkələrinə neft ixracının həcmi 30 dəfə artıb. “Yeniavaz.com”un İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın Neft Nazirliyinin məlumatında deyilir. Məlumata əsasən, bu ilin may ayında İran Avropaya sutkada 1 milyon barel neft tədarük edib. Bundan başqa, cari ilin mayında İranın Çin, Hindistan, Cənubi Koreya və Yaponiyaya neft ixracının ümumi miqdarı sutkada 1,2 milyon barel təşkil edib. Nazirlikdən bildirilər ki, hazırda İran neftinin dünya bazarlarına ixracının ümumi həcmi sutkada 2,6 milyon barelə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top