Arutyunyana Ermənistanın prezidenti olmaq təklifi ediləcək

Serj Sarkisyan gələn il Ermənistan prezidenti vəzifəsini Konsititusiya Məhkəməsinin sədri Qaqik Arutyunyana təhvil vermək istəyir. "Yeniavaz.com"un nevvs.am-a istiandən verdiyi məlumata görə, bu barədə "Jamanak" qəzetidə gedən yazıda deyilir: "Qaqik Arutyunyan Konstitusiya Məhkəməsinin sədri kimi 2004 və 2008-ci illərdə Robert Köçəryana və Serj Sarkisyana əvəzssiz xidmət göstərib. Bundan əlavə o "Ayastan" fonduna böyük həcmdə maliyyə yardımı göstərib. Ermənistan diasporunda da Arutyunyanı rüşvət almayan məmur kimi qəbul edirlər. Gələn il KM sədrinin 70 yaşı tamam olacaq və o Sarkisyanın təklifini qəbul edərək Ermənistan prezidenti olmaq üçün tutduğu vəzifəsindən istefa verməli olacaq. Onun Sarkisyanın təklifini qəbul edərək prezident olmasının isə həm də müxalifət tərəfindən də dəstəklənəcəyi ehtimal edilir".

DİGƏR XƏBƏRLƏR

Top