Gürcü pilotun videomüraciəti yayılıb

Konqo səmasında vurulan vertolyotun pilotu, hazırda üsyançıların əlində əsir olan gürcü Soso Osurauli hər an edam edilə bilər. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bunu gürcü pilotun videomüraciətinin yayılması da sübut edir: "İnanın mənə, heç kimin öldürülməsində iştirak etməmişəm. Amma iddia edirlər ki, guya mən kimləri isə öldürmüşəm. Amma əminliklə deyirəm: mən qatil deyiləm. Ana, mənə görə dərd çəkmə, sən yaxşı övladlar tərbiyə edibsən. Sizi sevir və sizin üçün darıxıram".

Onun bu müraciəti üsyançılar tərəfindən edam olunmazdan əvvəl gürcü pilotun son xahişinə əməl edilməsi kimi dəyərləndirilir.

Xatırladaq ki, bu ilin yanvar ayının 27-də üsyançılar tərəfindən Konqo Demokratik Respublikasına məxsus iki hərbi vertolyot vurulub. Onlardan birini Gürcüstan vətəndaşı Soso Osurauli idarə edib. Vurulmuş təyyarədən paraşütlə atılmağa nail olan yaralı gürcü pilot üsyançılar tərəfindən əsir alınıb. Uzun illər Gürcüstan hərbi hava qüvvələrində xidmət edən Soso Osurauli 2015-ci ildə öz xahişi ilə ehtiyata buraxılıb. Sonralar onun Konqo hərbi hava qüvvələrində xidmət etdiyi məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top