HDP-nin eks-həmsədrinə 1 il 6 ay həbs cəzası verildi

Türkiyədə müxalif Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri və Van millət vəkili Figen Yüksekdağa 1 il 6 ay həbs cəzası verilib. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumalata görə, məhkəmə HDP-nin üzvlüyündən məhrum edilmiş F. Yüksekdağı Almaniyanın “Deutsche Welle” teleradio şirkətinə verdiyi müsahibə zamanı terror təşkilatının təbliğatını aparmaq cinayəti üzrə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə heyəti verilən cəzayı pula çevirməyib və təxirə salmayıb. Prokuor hakimdən F. Yüksekdağ üçün 1-5 il həbs cəzası istəmişdi. Xatırladaq ki, F.Yüksekdağ müsahibəsində PKK-nın terror təşkilatı deyil, xalq azadlıq hərəkatı olduğunu deyib.

DİGƏR XƏBƏRLƏR

Top