Rusiya qırıcısı ABŞ bombardmançı təyyarəsinə müdaxilə etdi

Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Baltik dənizi üzərində Rusiya sərhədi boyunca uçan ABŞ Hərbi Hava Qüvvələrinin “B-52” bombardmançı təyyarəsinə müdaxilə edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 6-da Moskva vaxtı ilə saat 10:00 radələrində Rusiyanın hava məkanı nəzarət sistemləri Baltik dənizinin neytral suları üzərində Rusiyanın dövlət sərhədi boyunca uçan hava hədəfi aşkar edib: “Hədəfin qarşısının alınması üçün Baltik donanmasının Hava Hücumundan Müdafiəsinin növbətçi vasitələrinin tərkibindəki “Su-27” qırıcısı havaya qaldırılıb. Hava obyektinə təhlükəsiz məsafədə yaxınlaşan “Su-27”nin ekipajı onu Amerikanın strateji “B-52” bombardmançısı kimi identifikasiya edib və müşayiətiini həyata keçirib. ABŞ bombardmançısının Rusiyanın dövlət sərhədindən uzaqlaşmasından sonra “Su-27” yerləşdiyi aerodroma qayıdıb”.

DİGƏR XƏBƏRLƏR

Top