Ermənistan AB ilə yeni sənəd imzalamaqda tərəddüd edir

Ermənistanın Avropa Birliyi (AB) ilə yeni sənəd imzalamağa hazırlaşmasına baxmayaraq bu, indiki vəziyyətdə inandırıcı görünmür. "Yenivaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bunu Birinci kanala açıqlamasında "Açıq cəmiyyət-Ermənistan" fondunun direktoru Larisa Minasyan deyib. Birinci kanal əməkdaşının Ermənistan 2013-cü ildə olduğu kimi AB ilə əməkdaşlıq sənədini imzalamaqdan imtina edə bilərmi? sualına Larisa Minasyan birbaşa cavab verməkdə çətinlik çəkdiyini söyləyib: "Ermənistanı idarə edənlərin AB-ilə hər hansı sazişi imzalaması heç də onların özlərindən asılı olan məsələ deyil. Burada Avrasiya İqtisadi Birliyi amili də var. Ötən dəfə Ermənistanı AB ilə saziş imzalamaqdan çəkindirən faktorlar oldu. Bu faktorların indi də qalıb-qalmadığını söyləmək çətindir. Hələlik ortada olan fakt bundan iabrətdir ki, məmurlar AB ilə assosiasiya sazişi imzalamaq üçün hər hansı təşəbbüs göstərmirlər. Əgər yenə də Ermənistan AB ilə saziş imzalamaqdan imtina etsə, onda ölkəmizin imicinə böyük zərbə dəyəcək".

DİGƏR XƏBƏRLƏR

Top