Dizel ən ucuz hansı ölkələrdə satılır?

Hazırda dünyada dizel yanacağı ən baha qiymətə İslandiyada satılır. Ən ucuz qiymətə isə İranda satılır. "Yeniavaz.com" məşhur "globalpetrolprices.com" saytından açıqlanan məlumata istinadən bildirir ki, dünən İslandiyada dizel yanacağının 1 litrinin qiyməti 1,72 dollar təşkil edib. İkinci yerdə Norveç qərarlaşıb. Bu ölkədə 1 litr dizelin qiyməti 1,69 dollar olub. Üçüncü pillədə isə İsrail yer alıb. İsraildə isə 1 litr dizelin qiyməti 1,57 dollar təşkil edib. Dizelin ən baha satıldığı ölkələrin ilk onluğunda İsveç (1 litr-1,52 dollar), Böyük Britaniya (1 litr-1,52 dollar), İtaliya (1 litr-1,50 dollar), Monako (1 litr-1,50 dollar), Honq Konq (1 litr-1,48 dollar), İsveçrə (1 litr-1,48 dollar) və Uruqvay (1 litr-1,45 dollar) yer alıblar.

Ən ucuz dizel isə qeyd etdiyimiz kimi İranda satılıb. Dizelin 1 litri İranda cəmi 9 sentə satılr. Dizelin qiyməti İrandan sonra ən ucuz Səudiyyə Ərəbistanında qeydə alınıb. Bu ölkədə dizelin 1 litri 12 sentə bərabərdir. Dünyanın aparıcı neft ölkələrindən olan Səudiyyə Ərəbistanından sonra ən ucuz dizel Misirdə satılır. Bu ölkədə 1 litri dizel 13 sent təşkil edir. Dizelin ən ucuz satıldığı ölkələrin ilk onluğunda Əlcəzayir (1 litr - 19 sent), Türkmənistan (1 litr - 26 sent), Ekvador (1 litr - 27 sent), Trindad Tobaqo (1 litr - 34 sent), Azərbaycan (1 litr- 35 sent), Küveyt (1 litr - 36 sent) və Bəhreyn (1 litr - 37 sent) yer alıblar.

Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan region ölkələri arasında Türkmənistandan sonra dizelin ən ucuz satıldığı ölkə hesab olunur. Türkmənistanda qeyd etdiyimiz kimi dizelin 1 litri 26 sentə satılır.

Digər region ölkələrindən Qazaxıstanda dizelin 1litri 42 sent, Qırğızıstanda 55 sent, Rusiyada 65 sent, Belarusda 69 sent, Ermənistanda 70 sent, Moldovada 75 sent, Gürcüstanda 81 sent, Ukraynada 85 sent, Türkiyədə isə 1,25 dollar təşkil edib.

Göründüyü kimi Azərbaycan dizelin ən ucuz satıldığı 8-ci ölkə hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top