Tramp Rusiya ilə əlaqələri yaxşılaşdırmaq tapşırığı verdi

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu Rusiya ilə münasibətləri yaxşılaşdırmağa cəhd göstərməyə çağırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu dövlət katibin özü deyib. Onun sözlərinə görə, D. Tramp bildirib ki, ABŞ-da Rusiyanın Birləşmiş Ştatlardakı seçkilərə müdaxiləsi və onun Prezident Administrasiyası ilə əlaqələri ilə bağlı təhqiqat Moskva ilə əlaqələrin bərpa olunması üzrə cəhdləri pozmamalıdır: “Prezident birbaşa mətnlə mənə bildirib ki, burada siyasət sahəsində baş verənlərin mövcud məsələdə etməli olduğuma imkan verməyim. Həmçinin o mənə aydın şəkildə başa saldı ki, biz tərəqqiyə nail ola bilərik”.

DİGƏR XƏBƏRLƏR

Top