"Yeniavaz.com" yazdı, məsələ öz həllini tapdı

Ötən ayın 15-də saytmızda "Bakıda "ağac soyqırımı" davam edir" (http://yeniavaz.com/NewsContent/ZNewsContent/43209) başlıqlı xəbər yayımlanmışdı. Xəbərdə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 22 a və Mehdi Hüseyn keçəsi 17 ünvanında, üzbəüz iki binanın arasındakı yerdə ağacların kəsildiyi bildirilmişdi.

Bina sakinləri məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə (ETSN) müraciət etmişdi. Nazirlikdən sakinlərə bu işi araşdırıb tədbir görəcəklərini demişdilər.

"Yeniavaz.com" xəbər verir ki, ağac kəsimi ilə bağlı ETSN-ə müraciət edən sakinlərə nazirlikdən cavab məktubu gəlib.

Məktubda bildirilir ki, səbəbkarlar müəyyənləşdirilib və İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən cəzalanıblar.

Qeyd edək ki, sakinlərin sözlərinə görə, nazirliyin baxışından sonra həmin ərazidə ağac kəsimi həqiqətən də dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top