Azərbaycan vətəndaşları Türkiyədə 6 mln. manatlıq alver ediblər

Bu ilin ötən dövrü ərzində Türkiyədə ən çox alver edən şəxslər sırasında Azərbaycan vətəndaşları da var. Türkiyə mediasının xəbərinə görə, bu barədə “Global Blue Türkiye”nin baş direktoru Selim Şeyhun deyib. Onun sözlərinə görə, azərbaycanlıların bu ölkədə apardıqları 11,8 mln. lirəlik (5 726 540 manat) alış-verişə görə ƏDV qaytarılıb. Azərbaycan siyahıda 6-cı yerdə qərarlaşıb. Qurum rəsmisi deyib ki, siyahıya liderliyi 31,9 mln. lirə ilə (15 481 070 manat) Səudiyyə Ərəbistanı vətəndaşları edir. İkinci yerdə Küveyt, 3-cu yerdə isə İran vətəndaşları qərarlaşıb. Adıçəkilən siyahıda 4-cü Qatar, 5-ci isə Çin vətəndaşları tutub.Report

DİGƏR XƏBƏRLƏR

Top