Gəncədə motosiklet piyadanı vurub

Gəncə şəhərində motosiklet piyadanı vurub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1950-ci il təvəllüdlü Suliddin Əhmədov yolu keçən zaman motosiklet onu vurub. Yaralı dərhal Gəncə Şəhər TTYX-nin Travmatologiya şöbəsinə çatdırılıb. Xəstəxandan verilən məlumata görə, bədənin müxtəlif nahiyələrində sıyrıqlar olan yaralıya tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Vüqar Nəbiyev Gəncə

DİGƏR XƏBƏRLƏR

Top