Pepe karyerasını Fransada davam etdirəcək

“Real” Madridin müdafiəçisi Pepe karyerasını Fransada davam etdirəcək. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu yaxın zamanda PSJ ilə 2 illik müqavilə imzalayacaq. Bu, yayda azad agent olacaq Pepenin yekun qərarıdır. PSJ-nin baş məşqçisi Unai Emeri start heyətində oynamaq zəmanəti verdiyini görə Pepe Fransanı seçib. Qeyd edək ki, İtaliyanın “İnter” klubu da Pepeni transfer etməyə yaxın olub.

DİGƏR XƏBƏRLƏR

Top