Valeri Çeçelaşvili: "Bakı, Tbilisi və Ankara arasında qlobal strateji ittifaq bölgə üçün vacibdir"

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli qlobal strateji ittifaqın vaxtı çatıb. "Yeniavaz.com"un Vestnik kavkaza.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Bakıda keçirilən "Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əlaqələri: gələcəyə baxış "adlı konfransdakı çıxışında Rondeli fondunun nümayəndəsi Valer Çeçelaşvili deyib: "Bu gün biz üç dost ölkə, Azərbaycan, Gürcüstan və Türkiyə nəhəng layihələr həyata keçiririk. Gürcüstanı Azərbaycan və Türkiyə ilə azad ticarət zonası bağlayır və bu ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində bazis rolunu oynaya bilər. Ümumiyyətlə digər sahələrdə, o cümlədən hərbi sahədə də üç ölkə arasında uğurlu əməkdaşlıq həyata keçirilir. Faktiki olaraq Azərbaycan, Gürcüstan və Türkiyə bölgədə sülh və sabitliyin qarantına çevrilməkdədir. Ona görə də belə hesab edirəm ki, Bakı, Tbilisi və Ankara arasında qlobal strateji ittifaq bölgə üçün olduqca vacibdir".

DİGƏR XƏBƏRLƏR

Top