Xodladığı traktor ölümünə səbəb oldu - Şəmkirdə VİDEO

Şəmkirdə bədbəxt hadisə bir nəfərin dünyasını dəyişməsi ilə nəticələnib. "Yeniavaz.com" xəbər verir ki, iş zamanı traktoru işə salmaq istəyən sürücü ehtiyatsızlıq nəticəsində xəsarət alaraq ölüb. Hadisə rayonun Posanlı kəndində qeydə alınıb. Traktor sürən kənd sakini, 38 yaşlı Qurban Cəfərov İsmət Qayıbov küçəsində yaşayan Mətləb Quliyevə traktorla ot bağlamaları gətirib. Otu boşaltdıqdan sonra traktoru yerdə mühərrikin yanında dayanaraq işə salmaq istəyib. Bu zaman işə düşən traktor hərəkətə gələrək yanında dayanan "Qazel" markalı yük maşını sürüməyə başlayıb. Sürücü Qurban Cəfərov ehtiyatsızlıqdan traktor və yük maşınının arasında qalaraq əzilib. Texnikanın işlək hissələri onun qarın nahiyəsini bir neçə yerdən kəsib. Nəticədə Qurban Cəfərov hadisə yerində ölüb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Nəbiyev, Şəmkir

semkir

DİGƏR XƏBƏRLƏR

Top