Türkiyədə illik inflyasiya 11,72 faiz olub

Türkiyədə 2017-ci ilin may ayında istehlakçı qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 11,72 faiz artıb. 2016-cı ilin may ayında inflyasiya 6,58 faiz olub. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir. Hesabata əsasən, ötən ayla müqayisədə mayda istehlakçı qiymətləri 0,45 faiz artıb. Apreldə aylıq inflyasiya isə 1,31 faiz təşkil etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top