İnternetdəki bezdirici reklamlardan xilas ola biləcəyik

“Chrome” brauzerinin yeni versiyası sayəsində istifadəçilər daxil olduqladı internet saytlarında qarşılaşdıqları arzuolunmaz reklamları, avtomatik işə düşən musiqi və görüntüləri əngəlləyə biləcəklər. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə “Google” şirkətindən bildiriblər. Şirkətdən qeyd ediblər ki, “Chrome” brauzerinin yeni variantı gələn il bazara çıxarılacaq. Bununla belə, bezdirici reklamlardan xilas olmaq üçün müəyyən məbləğ ödəmək lazım olcaq. Belə ki, internet saytların sahiblərinin əksəri işlərini reklam gəlirləri sayəsində maliyyələşdirir. İstifadəçilər daxil olduqları internet səhifələrini tamamilə reklamsız görmək üçün cüzi vəsait ödəyəcəklər. Bu, “Google”un reklamları filtrasiya edə bilməsi üçün lazımdır. Məbləğ ödənilmədiyi halda internet saytlarında yalnız müəyyən standartlara müvafiq reklamlar göstəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top