Londondakı terror aktına görə 4 qadın olmaqla 12 nəfər saxlanılıb

Polis Londonda törədilmiş terror aktı ilə əlaqəsi olmaqda şübhəli bilinən 12 nəfəri saxlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə polisin yaydığı bəyanatda deyilir. Bildirilir ki, Londonun şərqində Barkinqdə əməliyyat zamanı saxlanılanlar var. Hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparır. Polis saxlanılanların adlarını açıqlamır. Onların arasında dörd qadın var. Xatırladaq ki, iyunun 3-də Londonda törədilmiş terror aktında 7 nəfər həlak olub, 48 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top