Qabriel: PKK Almaniyada silah alveri edir və xərac toplayır

PKK Almaniyada da silah və narkotika alveri, hərac toplamaqla məşğul olduğuna görə ölkədə qadağan edilmiş təşkilat sayılır. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Qabriel Ziqman sabah Türkiyəyə edəcəyi səfər öncəsi deyib. Onun sözlərinə görə, PKK-nın maliyyə qaynaqlarını qurutmaq və ölkə ərazisində fəaliyyət sahəsinə imkan verməmək Almaniyanın mənfəətinə xidmət edir: “Bu, Türkiyənin haqlı olaraq gündəmə gətirdiyi məsələdir”. İki ölkə arasında “İncirlik” aviabazasına görə yaranmış siyasi gərginliyə toxunan nazir bildirib ki, Türkiyə alman deputatların “İncirlik” hərbi bazasını ziyarət emək haqqını şübhə buraxmayacaq şəkildə təmin etməlidir: “Əgər Türkiyə bunu “İncirlik”də daxili siyasət səbəbilə həyata keçirə bilmirsə, yaxud bunu etmək istəmirsə, o zaman mübahisə etmədən və müştərək qoşun birləşmələrin orada yerləşdirilməsinə son qoyaraq razılığa gəlməliyik. Meqafon siyasəti artıq başa çatmalıdır”.

Qeyd edək ki, əgər “İncirlik” problemi həll edilməsə, Almaniya hərbi bazada yerləşən “Tornado” kəşfiyyat təyyarələrini, yanacaqdoldurma təyyarələrini və 260-a yaxın hərbçisini İordaniyaya köçürməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top