Azərbaycan XİN Limonovun Dağlıq Qarabağa icazəsiz səfər etməsi barədə xəbəri araşdırır

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya yazıçısı və siyasətçisi, qatı millətçi Eduard Limonovun rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi barədə xəbəri araşdırır. Bunu virtualaz.org-a Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Maraqlıdır ki, Limonovun Qarabağda olması haqda informasiya erməni bloq sferasında da yayılmışdı. Ancaq çox keçmədən bütünlüklə yığışdırıldı.

Bununla belə, Lakin Xarici İşlər Nazirliyindən bildiriblər ki, Limonovun Azərbaycan ərazisində (işğal edilmiş Qarabağda) qanunsuz olması faktı təsdiqini tapsa, hətta bu “operativlik” də onun adının "arzu edilməyən şəxslərin siyahısı”na daxil edilməsinə mane olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top