Rusiyada sərxoş şəxs 9 nəfəri güllələdi

Rusiyanın Tver vilayəti yaxınlığındakı qəsəbədə baş vermiş məişət münaqişəsində 9 nəfər güllə yarasından ölüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Peternko deyib. O bildirib ki, ilkin məlumata əsasən, kütləvi qətl Konakovski rayonunun Redkino qəsəbəsində baş verib: “Belə ki, 1972-ci il təvəllüdlü Moskva sakini gecə saatlarında tanışları ilə birgə bağ evində spirtli içki qəbul edib. Bu zaman qonaqlar arasında məişət münaqişəsi baş verib. Bundan sonra şübhəli şəxs olan Moskva sakini bağ evini tərk edib və ov tüfəngi ilə geri qayıdıb. O, tüfənglə bir neçə atəş açıb, nəticədə 9 nəfər ölüb”. S. Petrenko əlavə edib ki, hadisə zamanı sağ qalanlar hüquq-mühafizə əməkdaşları ilə əlaqə saxlaya biliblər, hücum edən şəxs saxlanılıb”. Hücum edənin elektrik olduğu deyilir.

DİGƏR XƏBƏRLƏR

Top